İDMAN


İslamiada: Taekvondoçumuz mübarizəyə qələbə ilə başlayıb

Konya, 9 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə dörd idmançımız mübarizəyə qoşulub. Taekvondocularımızdan Səyyad Dadaşov mübarizəyə uğurla başlayaraq ilk döyüşündə qələbə qazanıb.

Taekvondo üzrə millimiz, baş məşqçilər Məmməd Abdullayev, Səbuhi Zülfüqarov və böyük məşqçilər Rəşad Məmmədov, Sənan Həşimovun rəhbərliyi ilə yarışda 14 idmançı ilə təmsil olunur. Konyada dayanq ustaları dörd gün ərzində güclərini yoxlayacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.