İQTİSADİYYAT


ASCO əməkdaşlarına fəxri ad, orden və medallar təqdim olunub

Bakı, 9 avqust, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Prezident İlham Əliyevin Sərəncamları ilə “Dənizçi Günü” münasibətilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adına, 3-cü dərəcəli “Əmək” ordeninə,“Tərəqqi” və “Gəmiçilik sahəsində xidmətlərə görə” medalına layiq görülən dənizçilərə yüksək mükafatların təqdim olunması mərasimi keçirilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ASCO-nun sədri Rauf Vəliyev fəxri ad, orden və medallara layiq görülən dənizçiləri təbrik edib.

Sədr ölkəmizdə dənizçilərə göstərilən diqqət və qayğıdan danışaraq vurğulayıb ki, dəniz nəqliyyatı sahəsində çalışanların fədakar əməyi hələ ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə layiqincə qiymətləndirilib. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də dənizçilərə hər zaman diqqət və qayğı göstərir, müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması naminə gördükləri işləri yüksək dəyərləndirir. Məhz, cari il “Dənizçi günü” münasibətilə dənizçilərin mükafatlandırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamlar bunun bariz sübutudur.

Rauf Vəliyev ASCO-nun fəaliyyətindən, əldə olunan uğurlardan və gələcək planlardan da bəhs edib.

Daha sonra yüksək mükafatlar sahiblərinə təqdim olunub.

Təltif edilənlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə edib və etimadı daha yüksək əmək nailiyyətləri ilə doğruldacaqlarına söz veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.