CƏMİYYƏT


Kakao yağı dəri üçün olduqca faydalıdır

Bakı, 9 avqust, AZƏRTAC

Kakaonun vətəni Qərbi Afrika və tropik Amerikadır. Bu ağac Mərkəzi və Cənubi Amerika ərazilərində yetişir. Kakao yağı isə ağacının meyvəsinin ləpəsindən alınır. Meyvənin paxlaları qabıqlarından tamamilə ayrılır və yaxşı təmizlənir. Daha sonra həmin dənələr xüsusi hazırlanmış pres maşınında sıxılır. Sıxılmış paxladan çıxan maye kakao yağıdır. Ancaq ilk dəfə maşından çıxan maye paxlanın dənələri ilə birgə çıxır. Buna görə də bir dəfə filtrasiya olunur. Bütün bu proseslərin sonunda dənəsiz və saf kakao yağı əldə edilir.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, kakao yağı dəri üçün olduqca faydalıdır. Quru və çatlamış dərini yaxşı nəmləndirir. Daimi istifadəsi dərinin qurumasının qarşısını maksimum səviyyədə alır. Xüsusilə soyuq havalarda yaranan çat probleminin həllində və dodaqların nəmləndirilməsində çox təsirlidir.

Tərkibindəki bol E vitamini var. Bu səbəbdən dərini sağlam komponentlərlə qidalandırır və kənardan nəzərə çarpan parlaq görünüş bəxş edir. Kakao yağının tərkibindəki antioksidant maddələr, zəngin vitamin və minerallar yaşlanmanı gecikdirir, dəridə yaranan qırışları aradan qaldırır.

Yanıqlarda və kiçik yaralarda sürətli sağalmanı təmin edir.

Təkcə dəri səthinə deyil, bütün nahiyələrə faydası olan kakao yağı ağızda olan aft, herpes kimi yaraları qısa müddətdə sağaldır.

Düzgün miqdarda kakao yağı istehlak edilərsə, infarkt riskini xeyli azaldır. Xüsusilə soyuq havalarda kakao yağı istifadə etmək, immunitet sistemini gücləndirir.

Dəridəki sədəf və ekzema kimi xəstəliklərin müalicəsində tövsiyə edilir. Hamiləlik dövründə sürətli kökəlmə nəticəsində bədəndə yarana biləcək çatların qarşısını alır.

Saçların köhnəlmiş, solğun və cansız görünüşünü aradan qaldırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.