CƏMİYYƏT


Dünyada koronavirusa yoluxanların sayı 580 milyonu ötüb

Bakı, 9 avqust, AZƏRTAC

Dünyada koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı 580 milyonu, bu xəstəlikdən ölənlərin sayı isə 6,41 milyonu ötüb. AZƏRTAC bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir.

Təşkilatın statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxmuş və ölənlər haqqında rəsmi təsdiqlənmiş məlumatlara əsaslanır. Yoluxma sayında 500 milyonluq hədd aprelin 14-də, 400 milyonluq hədd – fevralın 10-da, 300 milyonluq hədd - yanvarın 8-də, 200 milyonluq hədd isə keçən il avqustun 5-də qeydə alınıb.

Məlumatları ÜST-ə daxil olan ən çox təsdiqlənmiş yoluxma halı - 90 706 508 ABŞ-da qeydə alınıb. Daha sonra Hindistan (44 161 899), Braziliya (33 924 061), Fransa (33 061 414) və Almaniya (31 228 322) yer alıblar. Ən çox ölüm halı da - 1 021 995 ABŞ-da qeydə alınıb, ikinci yerdə - Braziliya (679 275), üçüncü yerdə - Hindistan (526 730) qərarlaşıb. Daha sonra Rusiya (382 786) və Meksika (328 006) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.