İDMAN


Ümumdünya Şahmat Olimpiadası: Kişi şahmatçılarımız son turda Serbiya yığmasını məğlub ediblər

Bakı, 9 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasının son turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, bu gün keçirilən 11-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Rauf Məmmədov) Serbiya yığmasına 2,5:1,5 hesabla qalib gəliblər. Qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva) isə Gürcüstan şahmatçılarına 3:1 hesabı ilə məğlub olaraq medal şanslarını itiriblər.

Qeyd edək ki, qadın millimiz 16 xalla 8-ci, kişi şahmatçılarımız isə bir o qədər xalla 7-ci sırada qərarlaşıblar. Kişilərin yarışında Özbəkistan, qadınların turnirində isə Ukrayna yığması qalib adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.