CƏMİYYƏT


Avqustun 9-da Azərbaycanda COVID-19 əleyhinə 1688 doza vaksin vurulub

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1688 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 280, ikinci doza vaksinlərin sayı 94, üç və daha çox doza vaksinlərin sayı 1129, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 185-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 830 min 718, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 368 min 796, ikinci mərhələ üzrə 4 milyon 858 min 957, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 346 min 862, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 256 min 103-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.