REGİONLAR


Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir

Xaçmaz, 11 avqust , Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunun şaftalı bağlarında məhsul yığımı davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığılan şaftalının böyük hissəsi qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir.

Xaçmaz rayonu ərazisində ümumilikdə 2 min 900 hektar şaftalı bağı var. Bağlarda şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi sortları yetişdirilir.

Bu il məhsuldarlıq yüksəkdir. Bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin Nərəcan kəndinin şaftalı bağlarında fermerlər və kənd ağsaqqalları ilə görüşündə məlumat verilib.

Bildirilib ki, Xaçmazdakı şaftalı bağları 800 hektara yaxını müasir suvarma sistemi ilə təmin olunan intensiv bağlardır. Hər il rayonda 7 min tondan çox şaftalı toplanır.

Kənd ağsaqqalları və fermerlərlə söhbət zamanı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, yeni meyvə bağlarının salınması və məhsuldarlığın artırılması istiqamətində fermerlərə dövlət dəstəyi davamlı xarakter daşıyır.

Fermerlər aqrar sektorun inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.