CƏMİYYƏT


Ümumdünya Səhiyyə Təşkilatı: Koronavirusa yoluxma hallarının sayı 3 faiz artıb

Bakı, 11 avqust, AZƏRTAC

Son bir həftə ərzində 6,9 milyondan çox insan koronavirusa yoluxub, 14,5 mindən çox insan dünyasını dəyişib.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə istinadla xəbər verir ki, əvvəlki 7 günlə müqayisədə yoluxma hallarının sayı 3 faiz artıb, ölüm hallarının sayı isə 9 faiz azalıb.

Qərbi Sakit okean regionunda yoluxanların sayında artım (29 faiz) qeydə alınıb. Bununla belə, Afrikada (46 faiz), Şərqi Aralıq dənizində (22 faiz) və Amerikada (22 faiz) yoluxma hallarının sayı nəzərəçarpacaq dərəcədə azalıb. Şərqi Aralıq dənizi (19 faiz) və Qərbi Sakit okean regionunda (4 faiz) ölüm hallarının sayı artıb. Eyni zamanda, Afrikada (73 faiz), Avropada (15 faiz), Amerikada (10 faiz) və Cənub-Şərqi Asiyada (1 faiz) ölüm hallarının sayı azalıb.

Yaponiya bir həftə ərzində ən çox yoluxma halı (1 milyon 496 min 968) barədə məlumat verib. Ondan sonra ABŞ (759 min 806), Koreya Respublikası (713 min 78), Vyetnam (571 min 458) və Türkiyə (406 min 322) yer alıb. Yeddi gündə ən çox ölüm halı (2 min 764) ABŞ-da qeydə alınıb. Daha sonra Braziliya (1445), İtaliya (1059), Yaponiya (1002) və İspaniya (654) qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.