İDMAN


İslamiada: Yunan-Roma güləşçimiz finalda

Konya, 12 avqust, Səxavət Quliyev, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşçimiz Ülvü Qənizadə uğurlu çıxışını davam etdirir.

AZƏRTAC xəbər verir ki, idmançımız final uğrunda mübarizədə qırğızıstanlı Bəy Qonurbayevə 9:0 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.

Qadın güləşçimiz Elis Manolova isə B qrupundakı ikinci görüşündə qazaxıstanlı Yelena Şaliqinaya "tuşe" ilə qalib gəlib və qrup lideri kimi yarımfinala vəsiqə əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.