İDMAN


Daha üç güləşçimiz İslamiadanın finalına vəsiqə əldə edib

Konya, 12 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın daha üç güləşçisi bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Belə ki, Eldəniz Əzizli (55 kq) yarımfinalda qazaxıstanlı Amangali Bekbolatova 3:1, Rafiq Hüseynov (82 kq) türkiyəli Emrah Kuşana 2:1, Elis Manolova (65 kq) isə kamerunlu Berte Emilyeyə 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə əldə ediblər.

Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçimiz Ülvü Qənizadə (72 kq) uğurla çıxış edərək finala çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.