İQTİSADİYYAT


“Azəriqaz”ın paylayıcı şəbəkəsində qaz itkilərinin həcmi 8 faizdir

Bakı, 12 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İB-nin paylayıcı şəbəkəsində qaz itkilərinin həcmi 8 faiz təşkil edib.

İB-dən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84 milyon kubmetr və ya 2,5 faiz azdır.

“Azəriqaz”ın baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, həmçinin vurğulayıb ki, iyul ayı ərzində qaz itkisinin həcmi 4,5 faiz təşkil edir: “Bu, keçən ilin müvafiq ayı ilə müqayisədə 0,8 faiz , həcmlə isə 1,7 milyon kubmetr az olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.