SİYASƏT


“Tank biatlonu” müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib

Bakı, 12 avqust, AZƏRTAC

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və sertifikatlar təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə beynəlxalq müsabiqənin hakimlər heyətinin tərkibi dəqiqləşdirilərək onların səlahiyyət və vəzifələri, həmçinin müsabiqənin mükafat və cərimə ballarının hesablanması prinsipləri müəyyənləşdirilib.

Qeyd edək ki, Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən "Tank biatlonu” müsabiqəsi bu il avqustun 27-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.