REGİONLAR


Balakəndə Beynəlxalq Gənclər Günü münasibətilə “Dağ düşərgəsi” təşkil edilib

Balakən, 12 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Beynəlxalq Gənclər Günü münasibətilə avqustun 12-də Balakən rayonunda “Dağ düşərgəsi” təşkil edilib. Balakən Gənclər evi, rayon gənclər və idman idarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən düşərgə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların hərtərəfli inkişafının təmin olunması məqsədi daşıyıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılara müvafiq qurumlardan dəvət olunmuş nümayəndələr tərəfindən düşərgə liderliyi, ilkin tibbi yardım bacarıqları, fövqəladə hallar zamanı həyata keçiriləcək tədbirlər haqqında məlumatlar verilib, ekologiyanın qorunması və ana təbiətdən düzgün istifadə mövzularında təlimlər keçirilib. Bundan əlavə, nahar fasiləsi zamanı əyləncəli oyunlar, enercayzerlər təşkil olunub, daha sonra canlı musiqi və bir sıra idman oyunları oynanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.