İDMAN


Güləşçilərimiz U-20 dünya çempionatında iştirak edəcəklər

Bakı, 14 avqust, AZƏRTAC

Sabah Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı start götürəcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 21-dək davam edəcək mundialda güləşin hər 3 növü üzrə millilərimiz iştirak edəcəklər.

Məsul yarışın ilk 3 günündə böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Belə ki, Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Soslan Tigiyev (79 kq) və Səbuhi Əmiraslanov (86 kq) heyətdə yer alıb.

Avqustun 17-19-da qadın güləşçilər xalçaya çıxacaqlar. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında ölkəni Gültəkin Şirinova (50 kq), Əsmər Canqurtaran (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Mərziyə Sadıqova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcəklər.

Çempionatın son 3 günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında 8 güləşçi - Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq) və Laçın Vəliyev (87 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.