CƏMİYYƏT
Nizami rayonunda evdən yeddi velosiped, Yasamal rayonunda isə pul və məişət əşyaları oğurlanıb
Bakı, 15 avqust, AZƏRTAC
Bakıda evlərdən oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-ü saat 16 radələrində rayon ərazisindəki evlərin birindən 1535 manat dəyərində yeddi ədəd velosiped oğurlamaqda şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş B.Məmmədov saxlanılıb.
Yasamal rayonu ərazisindəki evlərin birindən 5350 manat pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini əvvəllər məhkum olunmuş Səddam C.Əlizadə və Zəngilan rayon sakinləri əvvəllər məhkum olunmuş E.Quliyev rayon polis idarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırmalar davam edir.