ELM VƏ TƏHSİL
Bakıdakı Rus Evinin təşkil etdiyi müsabiqələrin qaliblərindən ibarət ikinci qrup Samaraya yola düşüb
Bakı, 15 avqust, AZƏRTAC
Bakıdakı Rus Evinin təşkilatıçılığı ilə keçirilən və “Şuşa İli”nə həsr olunmuş rus dili üzrə XIV illik olimpiadanın, eləcə də gənc qiraətçilərin “Canlı klassika” beynəlxalq müsabiqəsinin qaliblərindən ibarət ikinci qrup “Salam Rusiya!” proqramı üzrə Samaraya yola düşüb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, uşaqlar həftə ərzində Rusiyada olduqları müddətdə Samara vilayətini və Tolyatti şəhərini mədəni və ekskursiya proqramı çərçivəsində ziyarət edəcəklər.
Qeyd edək ki, “Salam Rusiya!” proqramı “Rossotrudniçestvo” tərəfindən 2014-cü ildən bəri icra edilir. Hər il uzaq və yaxın xaricdən 14-19 yaş arası 700-dən çox həmvətənli tarixi vətənlərinin müasir həyatı ilə tanış olmaq, onun çoxmillətli mədəniyyətini hiss etmək, rus dilində təcrübəsini artırmaq və başqa ölkələrdə özlərinə dost qazanmaq məqsədilə Rusiyaya gəlir.