İQTİSADİYYAT


İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb

Bakı, 15 avqust, AZƏRTAC

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin iyun ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 102,5 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123,9 faiz, cari ilin yanvar-iyun aylarında ötən ilin yanvar-iyun aylarına nisbətən isə 121,5 faiz təşkil edib.

İyulda ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,53 manat olub.

İyunda ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 105,7 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 185,6 faiz, bu ilin yanvar-iyun aylarında 2021-ci ilin eyni dövrünə nisbətən isə 178,9 faiz təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.