DÜNYA


Əl-Əzhər məscidi yanğında həyatını itirən xristian ailələrinə yardım edib

Qahirə, 15 avqust, AZƏRTAC

Əl-Əzhər məscidi avqustun 14-də Misirin Giza vilayətindəki Əbu-Sefein kilsəsində həlak olan 41 xristianın ailələrinə maddi yardım edib. Kilsədə uşaq bağçası fəaliyyət göstərdiyindən, faciə qurbanlarının arasında çoxlu sayda azyaşlı var.

AZƏRTAC xəbər verir ki, müsəlman təşkilatları, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Dünya Müsəlmanları Liqası, Müsəlman Ağsaqqalları Şurası da faciə ilə bağlı Misir xalqına başsağlığı məktubları ünvanlayıblar.

Misirin yeni təyin olunmuş mədəniyyət naziri Nevin Əl-Kilani dəhşətli faciə ilə bağlı ölkədə keçirilən bütün mədəni tədbirlərin, o cümlədən Qahirənin qədim Səlahəddin Əyyubi qalasında təşkil olunan musiqi festivalının təxirə salınması barədə göstəriş verib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.