REGİONLAR


Qusarda məişət tullantılarının çeşidlənməsi və idarə edilməsi müəssisəsi yaradılıb

Qusar, 15 avqust , Elxan Yusifli, AZƏRTAC

Qusar rayonunda məişət tullantılarının idarə edilməsi və təbiətə vurulan zərərlərin azaldılması məqsədilə “QusarEcoPark” investisiya layihəsi çərçivəsində, tullantıların konveyer-nəzarət üsulu ilə çeşidlənməsi müəssisəsi yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müəssisədə gündəlik Qusar rayonundan çıxan 25-30 kubmetr məişət tullantısı çeşidlənərək, faydalı hissəsi təkrar istehsala qaytarılacaq. Çeşidlənmiş faydalı hissələrin bir qismi (pet butulkalar, plastik, tullantı kağızları, metal qırıntıları, şüşələr və s.) Bakı şəhərində fəaliyyət göstərən istehsal müəssisələrinə (Balaxanı Sənaye Parkına), digər qismi isə Sumqayıt şəhərində yerləşən müəssisələrə təkrar emal üçün göndəriləcək. Müəssisədə gələcəkdə emalın təşkili və müxtəlif növ məhsulların istehsalı üçün avadanlıqların alınması nəzərdə tutulub.

Müəssisə ilə tanışlıq zamanı bildirilib ki, dünyada, həmçinin ölkəmizdə tullantılardan səmərəli istifadə etməklə təkrar istehsalına xüsusi önəm verilir. Həm də bu layihə sosial-iqtisadi məqsəd daşıdığı üçün yeni iş yerlərinin yaradılmasına, ekologiyaya mənfi təsirlərin aradan qaldırılmasına istiqamətlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.