DÜNYA
Macarıstanda əməyin orta saathesabı ödənişi artırılıb
Budapeşt, 15 avqust, AZƏRTAC
Son onilliklər ərzində görünməmiş inflyasiya, qiymətlərin artması, enerji böhranı şiddətlənən regional müharibələrlə, Avropaya miqrasiya axını ilə yanaşı Macarıstan hökumətini sosial sahədə vəziyyətin sabitləşdirilməsi üzrə tədbirlər görməyə məcbur edir.
AZƏRTAC MTI informasiya agentliyinə istinadla xəbər verir ki, Macarıstan Nazirlər Kabinetinin bu gün səhərki iclasında ixtisaslı və qeyri-ixtisaslı işçilər üçün əməyin orta saathesabı ödənişinin 11,5 faiz, yəni ötən ilin avqustu ilə müqayisədə 1553 forintədək (4 avro) artırılması barədə qərar qəbul olunub. Bu gündən başlayaraq əməyin saathesabı ödənişi ölkənin cənub-qərbində bir saat üçün 1370 forint, mərkəzi regionunda isə 1930 forint təşkil edəcək.
2022-ci il yanvarın 1-dən bu günədək Macarıstanda minimum saathesabı əməkhaqqı ixtisaslı kadrlar üçün 1495 forint və qeyri-ixtisaslı işçilər üçün 1150 forint idi. Avronun forintə mübadilə kursu təqribən 1:400 kimidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]