ELM VƏ TƏHSİL


Coğrafiyaçı alim: Xəzər təkcə zəngin neft yataqları ilə məşhur deyil, həmçinin geniş biomüxtəlifliyə malikdir

Bakı, 15 avqust, AZƏRTAC

BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmış “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”na görə Xəzərətrafı ərazilərin dövlətləri dənizin təmizliyi və onun ətraf mühitin mühafizəsi üçün məsuliyyət daşıyırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev bildirib.

Alim qeyd edib ki, Azərbaycan dövləti bu baxımdan müəyyən tədbirlər görür, ərazinin və dənizin təmizliyi üçün müvafiq qanunlar tətbiq edir, sahilboyu zonada təmizlik aksiyaları keçirir və s. Əhalinin, ictimai təşkilatların rolu bu işdə böyük olmalıdır. Məlum olduğu kimi, ətraf mühitin çirklənməsində insan amili böyük rol oynayır.

Ekoloq alim bildirib ki, nadir qapalı su hövzəsi olan Xəzər təkcə zəngin neft yataqları ilə məşhur deyil, həmçinin geniş biomüxtəlifliyə malikdir. Ondan düzgün istifadə ölkənin gəlir mənbəyini daha çox genişləndirə bilər. Amma təəssüf ki, biz hələ də imkanlarımızı kifayət qədər genişləndirə bilməmişik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.