İQTİSADİYYAT


Avqustun əvvəlindən Kurskdan Azərbaycana 6 min tondan çox qarğıdalı ixrac edilib

Moskva, 16 avqust, AZƏRTAC

Bu il avqust ayının birinci yarısında Rusiyanın Kursk vilayətindən Azərbaycana 6 min tondan çox qarğıdalı ixrac edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

“Rosselxoznadzor”un Orlov və Kursk vilayətləri üzrə idarəsi əməkdaşlarının nəzarəti altında avqustun əvvəlindən Azərbaycana 6360 min ton qarğıdalı göndərilib.

Məlumatda deyilir ki, məhsulun idxal tələblərinə tam uyğun olduğu təsdiqlənib. İlin əvvəlindən Kursk vilayətindən Azərbaycan, Qazaxıstan, Belarus və Latviyaya 70 min tondan çox qarğıdalı ixrac edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.