REGİONLAR


Şamaxıda qısa vaxtda 11 tonadək süfrə üzümü yığılıb

Şamaxı, 16 avqust, AZƏRTAC

Şamaxı rayonunda üzüm yığımına başlanılıb və qısa vaxtda 11 tonadək süfrə üzümü toplanıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, məhsul yığımı hazırda Adnalı, Çarhan, Mədrəsə inzibati ərazi dairələrində, habelə fiziki şəxslərə məxsus bağlarda aparılır. İlkin olaraq daha tez yetişən “prima” və “kardinal” süfrə sortlu üzüm yığılır. Məhsul toplanışı üçün hər gün plantasiyalara 30-40 nəfərə yaxın işçi qüvvəsi çıxır. Yığılan süfrə üzümü birbaşa yerli bazarlara çıxarılır.

Qeyd edək ki, üzümçülük Şamaxıda kənd təsərrüfatının aparıcı və ənənəvi sahələrindəndir. Hazırda bölgədə 1870 hektar üzüm bağı var ki, bunun da 1700 hektarı bar verəndir. Cari mövsümdə plantasiyalarda bol məhsul yetişdirilib. Mütəxəssislər 11min tonadək məhsulun istehsal olunacağını proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.