DÜNYA


Son bir ildə İtaliyada 125 qadın qətlə yetirilib

Roma, 16 avqust, AZƏRTAC

İtaliyada ötən bir il ərzində ümumilikdə 125 qadın qətli törədilib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, keçən il avqustun 1-dən cari il iyulun 31-dək olan dövrdə qeydə alınan 125 qadın qətlindən 108-i məişət zorakılığı, birgə münasibətdə olduğu şəxs və ya keçmiş həyat yoldaşı tərəfindən zorakılıq nəticəsində baş verib.

Qeyd edək ki, İtaliya Avropa İttifaqında qadın qətllərinin tez-tez baş verdiyi ölkələrdən biridir. İtaliyada 2018-ci ildə 141, 2019-cu ildə 111, 2020-ci ildə 116, ötən il isə 118 qadın qətlə yetirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.