SİYASƏT


“Dəniz kuboku” müsabiqəsində komandalar “Üzən mina hədəfinə atış” çalışmasını yerinə yetiriblər

Bakı, 16 avqust, AZƏRTAC

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları döyüş hazırlığı poliqonunda “Üzən mina hədəfinə atış” çalışmasını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çalışmanın şərtlərinə görə hərbi dənizçilər hərəkətdə olan gəmilərdən müəyyən məsafədə üzən mina hədəfini ümumilikdə 16 patron istifadə etməklə məhv ediblər.

Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırığı uğurla icra ediblər.

Sonda hədəfin məhv olunması və gəmilərin poliqonu tərk etməsi müddətinə əsasən, Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, Qazaxıstan komandası ikinci, İran komandası isə üçüncü yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.