CƏMİYYƏT


Kürdəmirdə dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri müzakirə olunub

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 16-da Kürdəmir rayonunda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər Azərbaycanda mövcud olan tolerant və multikultural şəraitdən danışıblar. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib.

Vurğulanıb ki, multikulturalizm xalqımızın həyat tərzidir. Həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.