DÜNYA


BMT-nin Baş katibi Lvovda Ukrayna və Türkiyə prezidentləri ilə görüşəcək

Bakı, 16 avqust, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş avqustun 18-də Ukraynaya səfər edəcək.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, BMT Baş katibinin səfərinin əsas mövzusu ərzaq ixracına dair sazişin reallaşdırılması olacaq. Həmçinin Zaporojye AES ətrafında vəziyyət və Yelenovkadakı istintaq təcridxanasının atəşə tutulması mövzularına toxunulması gözlənilir.

Bunu BMT Baş katibinin nümayəndəsi Stefan Dyucarrik brifinqdə jurnalistlərə bildirib. Onun sözlərinə görə, səfər Ukrayna Prezidentinin dəvəti ilə həyata keçiriləcək.

Antonio Quterreş avqustun 18-də Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidentı Rəcəb Tayyib Ərdoğanla görüşəcək, ertəsi gün isə Odessaya gedəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.