CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19 əleyhinə 1991 doza vaksin vurulub

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1991 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 333, ikinci doza vaksinlərin sayı 394, üç və daha çox doza vaksinlərin sayı 1082, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 182-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 841 min 97, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 370 min 476, ikinci mərhələ üzrə 4 milyon 860 min 68, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 353 min 237, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 257 min 316-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.