DÜNYA


Ukrayna dərsliklərindən rus müəlliflərinin əsərləri çıxarılıb

Kiyev, 16 avqust, AZƏRTAC

Ukraynanın Təhsil və Elm Nazirliyi xarici ədəbiyyatın öyrənilməsi üzrə orta məktəb kurikulumunu yeniləyib.

AZƏRTAC xəbər verir ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda xarici ölkələrin ədəbiyyatı proqramından rus və belarus müəlliflərinin əsərləri çıxarıldığı bildirilib.

"Proqramların məzmunundan rus və belarus müəlliflərinin əsərləri çıxarılıb. Əvəzində ədəbi prosesə uyğun şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla əcnəbi yazıçıların əsərləri əlavə edilib”, - deyə məlumatda qeyd edilir.

Dünya ədəbiyyatı proqramında Puşkinin, Krılovun, Çexovun, Lermontovun, Bulqakovun, Tolstoyun, Turgenevin, Nekrasovun, Dostoyevskinin, Qriboyedovun əsərləri olmayacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.