DÜNYA


Vladimir Putin və Si Cinpin G20 liderlərinin sammitində iştirak edəcəklər

Tokio, 19 avqust, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin G20 ölkələri liderlərinin Balidə keçiriləcək sammitində iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Coko Vidodo Bloomberg agentliyinə müsahibəsində bildirib.

“Si Cinpin gələcək, Prezident Vladimir Putin də mənə gələcəyini söyləyib”, - deyə agentlik C.Vidodonun sözlərini sitat gətirib. İndoneziya Prezidenti, həmçinin qeyd edib ki, sammitdə böyük dövlətlərin liderlərinin dialoqu üçün kifayət qədər geniş məkan olacaq.

Qeyd edək ki, G20 ölkələri liderlərinin sammiti noyabrın 15-16-da Bali adasında keçiriləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.