DÜNYA


ABŞ Ukraynaya yeni hərbi yardım paketi təqdim etməyə hazırlaşır

Bakı, 19 avqust, AZƏRTAC

ABŞ administrasiyası Ukraynaya tezliklə 775 milyon dollar həcmində növbəti hərbi yardım paketi ayıracaq.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu cümə günü Pentaqonun yüksək rütbəli nümayəndəsi jurnalistlərə telefonla keçirdiyi brifinq zamanı bildirib. Onun sözlərinə görə, yeni paketə yaylım atəşli HIMARS raket sistemləri üçün sursat və 36 min ədəd mərmi daxildir.

“Bizim təhlükəsizlik sahəsində təqdim etməyə hazırlaşdığımız daha bir iri yardım paketimiz var. Tezliklə elan olunacaq paketin həcmi 775 milyon dollar təşkil edəcək”, - Pentaqonun nümayəndəsi belə deyib.

O qeyd edib ki, hərbi yardım paketinə, həmçinin 15 pilotsuz kəşfiyyat uçuş aparatı, radiolokasiya sistemlərinə qarşı yüksək sürətli HARM (High-Speed Anti-Radiation Missile) raketləri, tank əleyhinə Javelin və TOW raket kompleksləri daxil olacaq.

Birləşmiş Ştatlar Ukraynanın şərqində və cənubunda döyüş əməliyyatlarının gedişini onun xeyrinə dəyişmək ümidi ilə Kiyevə yeni vasitələr vermək imkanlarını araşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.