İDMAN
22 SENTYABR
1918–ci il. Xalq Cümhuriyyətinin hökuməti ölkənin milli valyutasının - manatın (Bakı bonları) çap olunması barədə qərar qəbul edib. Həmin vaxtadək Azərbaycanda dövriyyədə üç valyuta - çar dövründən qalan rubl (“Nikolay rublu”), Rusiyanın “Müvəqqəti Hökuməti” tərəfindən buraxılmış rubl (“Kerenski rublu”), Tiflisdə Zaqafqaziya hökuməti tərəfindən dövriyyəyə buraxılmış bonlar, eləcə də türk lirəsi əsas işlənilirdi.
|
|
2014-cü il. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub. Yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. | |
1995-ci ildən Ümumdünya Avtomobildən İmtina Günü (World Carfree Day) qeyd olunur. Bu gün piyada və velosipedlə hərəkət etmək və ictimai nəqliyyatdan istifadə etmək ideyalarının təbliği məqsədilə keçirilir. Günün əsas devizi: “Şəhər insanlar üçün, həyat üçün məkandır. Avtomobil planetin biosferini və insanı məhv edir”. Statistikaya əsasən hər gün avtomobil 3000-dən çox insanı öldürür, hər dəqiqə isə konveyerdən yeni avtomobil çıxır.
|