“22 İyul – Milli Mətbuat Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib

Bakı, 22 iyul, AZƏRTAC
Milli Mətbuat Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “22 İyul - Milli Mətbuat Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan Milli Mətbuatının inkişafına dair rəsmi sənədlər, görkəmli şəxslərin milli mətbuatımız haqqında fikirləri, fotolar, mətbuat və jurnalistikamızın inkişaf tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/22_iyul/index.html linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, 22 iyul - Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [22:01]
Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib
- 17.04.2025 [16:36]
Yağışlı aprelin günəşli “Ulduzu”
- 17.04.2025 [16:24]
“Əbədiyyətə qovuşan ömür” adlı tədbir keçirilib
- 17.04.2025 [14:53]
Aydın Kərimov: Şuşa şəhərində artıq 1400-ə yaxın sakin yaşayır
- 17.04.2025 [13:33]