MƏDƏNİYYƏT


Azərbaycan İstiqlal Muzeyində Anım Gününə həsr olunmuş sərgi açılıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan İstiqlal Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Tarix yazaraq tarixə yazılanlar” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, anım tədbiri Dövlət Himninin ifası ilə başlayıb və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir iştirakçıları çıxış edərək 2020-ci il sentyabrın 27-də Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması ilə Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarının qarşısını almaq üçün başladıqları əks-həmlə əməliyyatlarından bəhs ediblər.

Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində əldə olunan zəfər, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “Dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləşməsinin nəticəsi idi. Qeyd olunub ki, məğlubiyyəti ilə barışmayan mənfur düşmən atəşkəs rejimini dəfələrlə kobud şəkildə pozmağa cəhd edib. Son olaraq sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan sərhədində ordumuzun mövqelərini hədəfə alan düşmən rəşadətli Azərbaycan Ordusu tərəfindən layiqli cəzasını alaraq itkilərlə geri çəkilməyə məcbur olub. Bununla da Azərbaycan düşmənin heç bir həmləsindən qorxmadığını, hər zaman məğrur və güclü olduğunu bütün dünyaya sübut edib.

Sonda tədbir iştirakçıları baş leytenantlar Həsənağa Abdullazadə, Cəmil Nəcəfov, gizir Rüfət Məmmədli, kiçik gizir Şahmar Mənəfov, əsgərlər Rəşad Ağayev, Mirağa Əliyev, Babək Mahmudlu və Pəhli Qəribova məxsus, muzeyin fondlarında qorunub saxlanılan 90-a yaxın müxtəlif şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış olub.

Sərgi oktyabrın 3-nə qədər davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.