CƏMİYYƏT


Şəkidə polis əməkdaşları şəhidlərimizin əziz xatirəsini yad ediblər

Bakı, 27 sentyabr, AZƏRTAC

Şəki Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhidləri - Elçin Nadirov, Ruslan Sadıqov və Sənan Ələsgərzadənin məzarlarını ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə əklil qoyulub və ruhlarına dualar oxunub.

Qəhrəmanlarımızın yaxınları ilə həmsöhbət olan polis əməkdaşları onların qayğıları ilə maraqlanıb, mərd oğullarımızın Vətən müharibəsindəki şərəfli döyüş yolundan danışıblar. Şəhidlərimizin şücaətinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.