ELM VƏ TƏHSİL


Dövlət İdarəçilik Akademiyasında şəhidlərin xatirəsi anılıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.

Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb.

Rektor bildirib ki, torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı döyüşlərdə igidlik və fədakarlıq nümunəsi göstərmiş Vətən övladlarının adları həmişə uca tutulur. Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərlə sonsuz qürur duyuruq. Bu Zəfər tariximizin qəhrəmanlıq səhifəsinə yazılıb.

Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti, Milli Məclisin deputatı Aydın Mirzəzadə, DİA-nın “Qarabağ irsinin araşdırılması mərkəzi”nin rəhbəri, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elçin Əhmədov, Sosial iş, təlim-tərbiyə və təşkilati məsələlər üzrə müşavir, Siyasi idarəetmə və politologiya kafedrasının müəllimi Zaur Məmmədov və başqaları Vətən müharibəsində qazandığımız böyük Zəfərin tarixi əhəmiyyətindən bəhs ediblər.

Çıxış edənlər şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.