CƏMİYYƏT


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən fitosanitar monitorinqlər davam etdirilir

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Monitorinq Planı çərçivəsində agentliyin Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Siyəzən rayonu, Yenikənd kəndində yerləşən soğan əkini sahələrində fitosanitar müşahidələr həyata keçirilib. Əkin sahələrindən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Qeyd edək ki, monitorinqlər soğan bitkisinin ağ çürümə, soğan gövdə nematodu, qərb çiçək tripsi və lağımlayıcı milçək növləri kimi təhlükəli zərərli orqanizmlərinin ölkə ərazisində mövcudluğunu və yayılma arealını müəyyən etmək məqsədilə həyata keçirilib.

Monitorinqlər zamanı təsərrüfat sahiblərinə meyvə bağlarının əsas zərərvericiləri, onlara qarşı mübarizə üsulları və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.