ELM VƏ TƏHSİL


BDU-da kvant elminin və texnologiyalarının müasir trendlərinə həsr olunan beynəlxalq yay məktəbi davam edir

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və “VolkswagenStiftung” Fondunun birgə təşkilatçılığı ilə “Kvant elminin və texnologiyasının müasir trendləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda beynəlxalq yay məktəbi davam edir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Yay məktəbində Özbəkistanın Turin Politexnik Universitetinin professoru Davron Matrasulov, Almaniyanın Dortmund Texniki Universitetinin professoru Dieter Suter, İtaliyanın Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin professoru Rosario Fazion, BDU-nun dosenti Şahmərdan Əmirovun müxtəlif mövzularında məruzələri dinlənilib.

Yay məktəbinin iştirakçıları, eyni zamanda, Bakının tarixi yerləri ilə tanış olublar. Xarici iştirakçılar Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib, Qoşa qala qapısı, Qız Qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Beynəlxalq Yay Məktəbinin IV günü Portuqaliyanın Lissabon Universitetinin professoru Yasser Omar, Almaniyanın Düsseldorf Universitetinin professoru Dagmar Bruss, Fizika İnstitutunun elmi işçisi Elvin Əlizadə, Ankara Universitetinin professoru Ali Gencer, Özbəkistanın Yeoju Daşkənd Texniki İnstitutunun professoru Jambul Yusupov, Gürcüstanın İlia Dövlət Universitetinin professoru Şota Qaruçava müxtəlif mövzularda məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, yay məktəbində ümumilikdə 40-dək məruzə dinləniləcək. Sonda iştirakçıların əldə etdiyi biliklərin qiymətləndirilməsi məqsədilə müsabiqə keçiriləcək. Məktəbi uğurla bitirən iştirakçılara sertifikat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.