DÜNYA


“Newsweek”: İspaniyanın 15 xəstəxanası dünyanın ən yaxşı xəstəxanaları sırasındadır

Madrid, 27 sentyabr, AZƏRTAC

Amerikanın “Newsweek” həftəlik nəşri İspaniyanın 15 xəstəxanasını yenidən dünyanın ən yaxşı xəstəxanaları siyahısına daxil edib.

AZƏRTAC xəbər verir ki, həmin nəşrin məlumatına görə, bu sıraya Madriddə yerləşən 3 xəstəxana, Kataloniyadan – 3, Pamplona, Sevilya və Valensiyadan isə hərəyə 1 xəstəxana aid edilib.

Ən yaxşı paytaxt xəstəxanaları La-Pas, Qreqorio Maranon, San-Karlos klinikası, 12 oktyabr, Ramon-i-Kahal, Nino Hesus, La-Prinsesa, Puerta-de-Yerro (Mahadaonda), Fond Himenes Dias hesab olunur.

Kataloniyanın üç xəstəxanası isə bunlardır: Barselona kliniki xəstəxanası, Val d’Ebron universitet xəstəxanası və Santa-Kreu-i-San-Pau.

Bu tədqiqatın məqsədi - məlumatlara əsaslanaraq, müxtəlif ölkələrdə xəstəxanaların nüfuzunun və effektivliyinin daha yaxşı müqayisəsini təmin etməkdir. Bu müqayisə təkcə pasiyentlər və onların ailələri üçün deyil, həm də xəstəxanalar üçün faydalı olacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.