İQTİSADİYYAT


Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Bank sistemi üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 180 min ədəd artaraq 12 milyon 609 min ədəd təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22,9 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 22,4 faiz, kredit kartları üzrə 26,7 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 117 min, kredit kartları 341 min, digər kartlar isə 1,8 milyon ədəd artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.