ELM VƏ TƏHSİL


BDU-da Anım Gününə həsr edilən xüsusi dərs keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində 27 Sentyabr – Anım Gününə həsr olunan xüsusi dərs təşkil edilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.

Xüsusi dərsdə Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsi veteranı Knyaz Aslan mühazirə söyləyib. O, Ermənistanın işğalçılıq siyasəti, artıq tarixdə qalmış Qarabağ münaqişəsinin başvermə səbəbləri, müharibənin ağır nəticələri barədə tələbələrə dolğun informasiya verib.

K.Aslan Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımların atılmasına məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını xüsusi vurğulayıb.

Birinci Qarabağ müharibəsində hərbi jurnalist kimi fəaliyyət göstərmiş Knyaz Aslan həmin dövrdə müxtəlif mətbuat orqanlarında bu mövzuda yazdığı məqalələrdən sitat gətirib, eyni zamanda, müharibə gündəliklərindən tarixi qeydləri oxuyub.

O, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin əhəmiyyətini vurğulayıb. K.Aslan Vətən müharibəsi zamanı şəhidlərimizin qisasının alındığını, onların ideallarının qalib gəldiyini qeyd edib. Vurğulayıb ki, şəhidlərin əziz xatirəsi həmişə uca tutulur.

Tələbələrə bu gün azad Qarabağda aparılan quruculuq işləri barədə də məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.