SİYASƏT


Vaşinqtonda 27 Sentyabr- Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib

Vaşinqton, 28 sentyabr, AZƏRTAC

ABŞ-Azərbaycan Ticarət Palatasında 27 Sentyabr- Anım Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə əsasən Vaşinqton və paytaxt ətrafında yaşayan Azərbaycan icmasının üzvləri, o cümlədən ABŞ-da təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük zəfər tariximizdən bəhs edib, Vətən müharibəsi zamanı xaricdə yaşayan həmvətənlərimiz də daxil olmaqla, bütün Azərbaycan xalqının bir yumruq kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdiyini qeyd edib.

Tədbirdə, həmçinin Azərbaycan icmasının üzvləri müharibə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Daha sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

Yekunda tədbir iştirakçıları üçün ehsan süfrəsi təşkil olunub.

 
AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.