ELM VƏ TƏHSİL
Bu gün “EaPConnect” layihəsi çərçivəsində müzakirələr aparılacaq
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) işə başlayacaq.
AZƏRTAC xəbər verir ki, GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.
Konfransda elektron təhsilin inkişafı, “açıq elm” platforması, elmi buludlar, elm və təhsilin kibertəhlükəsizliyi, elm və təhsil sahəsində toplanan informasiya resurslarından səmərəli istifadə və digər mövzularda müzakirə aparılacaq.