SİYASƏT


Səadət Yusifova: Beyin mərkəzləri hökumətlə vətəndaş cəmiyyəti arasında vasitəçi rolunu oynayır

Baakı, 28 sentyabr, AZƏRTAC

Xalqımız misilsiz Zəfərə imza ataraq, 30 il tapdalanan ədaləti, beynəlxalq hüququ və ərazi bütövlüyünü bərpa etdi. Biz torpaqlarımızı 30 illik işğaldan canı və qanı bahasına azad edən, Zəfər sevincini bizə yaşadan şəhidlərimizi qürurla yad edirik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.

Səadət Yusifova bildirib ki, müasir dünyamızda beynəlxalq münasibətlər mürəkkəbləşməkdə davam edir və getdikcə daha çox gözlənilməz, proqnozlaşdırıla bilməyən xarakter alır.

“Beyin mərkəzləri akademik dairələrlə hakimiyyət, hökumətlə vətəndaş cəmiyyəti arasında vasitəçi rolunu oynayır. Bu dövlət orqanları ilə elmin sıx əməkdaşlığına, dövlət siyasətinə tövhə verməyə, qlobal proseslərə strateji baxış formalaşdırmağa imkan yaradır, daha effektiv, düşünülmüş siyasət yürütməyə, milli maraqların təmin edilməsi ilə bağlı elmi-əsaslandırılmış qərarların qəbul edilməsinə yardım edir”, - deyə S.Yusifova əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.