REGİONLAR


Ağdaşda metamfetamin satışı ilə məşğul olan keçmiş məhkum tutulub

Ağdaş, 28 sentyabr, AZƏRTAC

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan daha 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon ərazisində psixotrop maddələrin satışında şübhəli bilinən, əvvəllər də ümumilikdə 10 ildən artıq məhkumluq həyatı yaşayan Azad Yusifov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 310 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin psixotrop maddəni təxminən 1 həftə öncə əcnəbi ölkə vətəndaşından 500 manata aldığını etiraf edib.

Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə daha iki nəfər - Kənan Allahverdiyev və Manaf Həbişov tutulub. Şəxsi axtarış zamanı K.Allahverdiyevdən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun Malay kəndindəki çöllük ərazidə aqrotexniki qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 2 kiloqramdan artıq olan çətənə bitkiləri də kökündən çıxarılaraq maddi sübut kimi istintaqa təqdim olunub. Üzərində narkotik vasitə daşımaqda şübhəli bilindiyi üçün saxlanılan M.Həbişovdan isə qurudulmuş marixuana götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.