ELM VƏ TƏHSİL


Hüseyn Cavidin ev-muzeyində “Şəhidlərin əziz xatirəsi ürəklərdə yaşayır” mövzusunda tədbir keçirilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Hüseyn Cavidin ev-muzeyində “Şəhidlərin əziz xatirəsi ürəklərdə yaşayır” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Əvvəlcə şəhidlərin xatirəsi anılıb. Tədbirdə muzeyin baş direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb.

O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı böyük Zəfər qazandığını vurğulayıb. Qeyd olunub ki, Vətən müharibəsində əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstəriblər, onların qəhrəmanlıqları tariximizə yazıldı. Biz bu tariximizlə daim böyük qürur duyacağıq.

G.Babaxanlı şəhidlərin xatirəsinin həmişə uca tutulduğunu bildirib.

Sonra II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının döyüş yolundan bəhs edilib. Muzey tərəfindən hazırlanmış “44 günün qəhrəmanları” mövzusunda sərgi təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.