CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintinin qarşısını alıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Ordubadi küçəsində müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetrə yaxın sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.

Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyekt sökülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.