CƏMİYYƏT
Mütəxəssis: Quduzluğa qarşı vaksin bir il müddətində orqanizmi virusdan qoruyur
Bakı, 28 sentyabr, AZƏRTAC
Quduzluğa qarşı vaksin xüsusi qrafiklə vurulur. Zədələnmə nahiyəsindən asılı olaraq şəxsə 3 doza miqdarında quduzluq əleyhinə peyvənd edilir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.
“Vaksinin ilk dozası müraciət günü, dişləmədən sonrakı 3-cü gün və sonuncusu 7-ci gündə vurulur. Virusun bədəndə inkubasiya dövrü 1 ay, minimal dövr isə 10 gündür. Vaksin vurulandan bir müddət sonra heyvan dişləməsi faktı olarsa həkim məsləhəti ilə yenidən müalicə başlana bilər. Quduzluğa qarşı vaksin tam kurs edilərsə, bir il müddətinə orqanizmi virusdan qoruyur.
Azərbaycana quduzluğa qarşı Hindistan istehsalı olan vaksindən istifadə olunur”.