MƏDƏNİYYƏT


Flamenko ritmində - sevgi, ehtiras, məyusluq...

Bakı, 28 sentyabr, AZƏRTAC

Dekabrın 25-də Heydər Əliyev Sarayında “To the rhythm of flamenco” adlı rəqs və musiqi şousu təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşaçıları həyatın özü kimi dəyişkən və ehtiraslı şou hekayə gözləyir. Seçim, şübhə, sevgi, ehtiras, məyusluq və daxili hisslər rəqqasların hərəkətləri və plastikası vasitəsilə çatdırılır. Eyni zamanda, skripka, gitara və zərb alətlərinin canlı müşayiəti tamaşaçıları flamenkonun inanılmaz dünyasına qərq edəcək.

“To the rhythm of flamenco” - bu, Avropada ilk müasir flamenko rəqs və musiqi şousudur. “Le Grand Show”un peşəkar rəqqas və musiqiçilərdən ibarət komandası artıq Avropa və Asiyanın bir çox şəhərlərinin konsert salonlarını fəth edib. Şouda İspaniyanın ən məşhur flamenko ifaçılarından olan Pepe Flores iştirak edəcək. Onu tez-tez Barselonada milli televiziyada, həmçinin ən məşhur şou və tamaşalarda görmək olar.

Biletləri iTicket.az saytından və şəhərin kassalarından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.