DÜNYA


İsveç “Şimal axını” boru kəmərində baş verən partlayışla əlaqədar istintaqa başlayıb

Stokholm, 29 sentyabr, Rauf Əliyev AZƏRTAC

İsveç Təhlükəsizlik Xidməti “Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində baş verən partlayışla əlaqədar istintaqa başlayıb.

AZƏRTAC xəbər verir ki, artıq partlayış baş verən ərazinin yaxınlığında dəlil və sübutların toplanması üçün Sahil Mühafizəsinin xüsusi sualtı cihazları əməliyyatda istifadə edilir.

"Təhlükəsizlik polisi istintaqı öz üzərinə götürür, çünki bu, ən azı qismən İsveçin maraqlarına qarşı yönəlmiş ciddi cinayət ola bilər. Baş verən hadisənin arxasında xarici gücün dayanması imkanlarını da istisna etmək olmaz", - deyə səlahiyyətli şəxslər bildiriblər.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.